Üç zolaqlı yol iki zolağa çevrildiyi üçün tıxac yaranır – AYNA hərəkətə keçdi - VİDEO

Paytaxtın bir neçə magistral və mərkəzi küçəsində nəqliyyatın axıcılığını artırmaq məqsədilə yenidənqurma işləri həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bu layihələrin həm mərkəz hissədə, həm də şəhər şossesi istiqamətində ümumi hərəkət intensivliyinin artırılmasına xidmət etdiyini bildirib.

Onun sözlərinə görə, Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsinə qədər olan hissədə hərəkət zolaqlarının sayı 2-dən 3-ə qaldırılacaq. Onun sözlərinə görə, bu addım daralmış yol hissəsində yaranan darboğaz effektini aradan qaldıracaq və nəqliyyat vasitələrinin hərəkəti daha rahat olacaq. Mətbuat katibi həmçinin bildirib ki, əks istiqamətdə zolaqların sayı dəyişməyəcək.
Bununla yanaşı, şəhər şosesi - Zabrat yolu istiqamətində xüsusi hərəkət zolaqlarının yaradılması prosesi davam etdirilir. Sabunçu rayonu ərazisində xüsusi hərəkət zolaqları mövcud olsa da şossenin sonunda bu zolağın davam etməməsi uzun müddət ərazidə sıxlığa səbəb olurdu. Problemin həlli üçün yolun hərəkət hissəsi genişləndirilib və nəticədə zolaqların sayı ikidən üçə çatdırılıb, əlavə olaraq xüsusi hərəkət zolağı təşkil edilib. Yeni xəttin Heydər Əliyev prospektinə qədər uzadılması nəzərdə tutulur.
Tural Orucovun sözlərinə görə, şəhər şossəsində xüsusi hərəkət zolağının yaradılması gün ərzində 17 xətt üzrə hərəkət edən 160-dan çox avtobusun daha rahat və maneəsiz şəkildə hərəkətini təmin edəcək ki, bu da ümumi nəqliyyat axınına müsbət təsir göstərəcək.
Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












