Xırdalanda təhlükəli piyada keçidləri: Aidiyyəti qurumlar nəyi gözləyir? - VİDEO

Xırdalan şəhərində piyada keçidlərindəki çatışmazlıqlar həm piyadalar, həm də sürücülər üçün təhlükəli vəziyyət yaradır. Avtosfer.az xəbər verir ki, bu problemlə bağlı dəfələrlə məlumat verilməsinə baxmayaraq, aidiyyəti qurumlar hələ də tədbir görməyib.
Heydər Əliyev prospektində yerləşən piyada keçidindəki problemlə bağlı sürücülərdən biri video çəkərək redaksiyamızın qaynar xəttinə göndərib. Kadrlardan görünür ki, piyada keçiddən istifadə etmək istəsə də, sürücülər ona yol vermirlər. Səbəb isə keçidi bildirən yol nişanının olmaması və piyada keçidində nişanlanma xətlərinin demək olar ki, silinərək görünməz vəziyyətə düşməsidir.
Ümid edirik ki, aidiyyəti qurumlar bu cür piyada keçidlərini qısa müddətdə yoxlayacaq, mövcud çatışmazlıqları aradan qaldıracaq və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görəcəklər.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












