Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO

Əhməd Rəcəbli küçəsindən Dərnəgül şosesinə çıxan yolda yeni yol nişanının quraşdırılması sürücülər arasında narazılıq yaradıb. Vətəndaş nişanın yerləşdirildiyi ərazidə görünüşün məhdud olduğunu və bunun sürücülər üçün təhlükəli vəziyyət yarada biləcəyini bildirib.
Avtosfer.az xəbər verir ki, bir vətəndaş sosial şəbəkədə paylaşdığı görüntüdə ərazidəki vəziyyətdən şikayətlənib.
Onun sözlərinə görə, yeni quraşdırılan nişan yalnız günün müəyyən saatlarında – 07:00-dan 10:00-dək və 17:00-dan 20:00-dək qüvvədədir. Lakin nişanın yerləşdiyi mövqe səbəbindən sağ tərəfdən gələn avtomobilləri vaxtında görmək çətinləşir.
Vətəndaş bildirib ki, sürücü yolayrıcında sola baxaraq həmin istiqamətdən gələn nəqliyyat vasitələrinə yol verir, daha sonra dönmə işığını yandıraraq sağa hərəkət edir. Bu zaman sağ tərəfdən gələn avtomobilin gec görünməsi qəza riski yarada bilər.
O qeyd edib ki, nişan yaxın vaxtlarda quraşdırılıb və əvvəllər həmin hissədə belə bir nişan olmayıb. Sürücülər də uzun müddət bu istiqamətdən əvvəlki hərəkət qaydasına uyğun istifadə ediblər.
Eltac Zülfüqaroğlu
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO
Stop-xətt nədir? Yollarda bu nişanlanma xəttinin tətbiqi niyə vacibdir? - AÇIQLAMA
Neftçalada solmuş “STOP” nişanı sürücülər üçün problem yaradır - FOTO
Bu yolda hər an qəza baş verə bilər: Nişanlar görünmür - VİDEO
Bakıda bu küçələrdəki "zebra"lar yenilənəcək - RƏSMİ
Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: AYNA iddialara cavab verdi - VİDEO
Nizamidə ağaclar "Yol ver" nişanının qarşısını kəsən ağaclar bundandı – FOTO - VİDEO
Xırdalanda təhlükəli piyada keçidləri: Aidiyyəti qurumlar nəyi gözləyir? - VİDEO
Yasamala quraşdırılmış bu nişana heç kim əməl etmir: Səbəbi budur - VİDEO
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO
STOP nişanına indi süni intellektlə nəzarət ediləcək - FOTO - VİDEO










