Yoldakı səhvin biri düzəldi, digəri yaddan çıxdı - VİDEO

Sürücülərdən biri paytaxtın Xocalı prospektində hərəkətin təşkilindəki nöqsanla bağlı videogörüntü paylaşmışdı. Avtosfer.az xəbər verir ki, əvvəllər sözügedən yolda orta zolaqda hərəkət həm sola, həm də sağa təşkil edilmişdi. Sağa dönmək istəyən sürücülərin avtobus zolağına daxil olması üçün qırıq xətlər təşkil edilmədiyi üçün yolda sıxlıq yaranırdı. Sosial şəbəkədə edilən tənqiddən sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hərəkətin təşkilinə dəyişiklik edib. Belə ki, orta zolaqdakı nişanlanma xəttini dəyişərək hərəkət yalnız sola məcbur edilib. Sağa dönən sürücülərin isə avtobus zolağına daxil olmalarına şərait yaradılıb. Problemin bu hissəsi həll edilib. Lakin sürücü qeyd edir ki, svetoforun iş rejiminə dəyişiklik edilməyib. O bildirir ki, svetoforun əsas bölməsinə yaşıl işıq yanan zaman əlavə bölməsi üzrə sağa dönənlərin hərəkəti qadağan edilir. Həmin vaxt sağa dönənlərə heç bir maneə yaranmadığı üçün əlavə bölmənin işə salınması məqsədəuyğun olardı.
Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı da tez bir zamanda tədbir görəcək.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












