“Bayram təhlükəsizliyi yollardan başlayır” - DYP

“Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində yollarımızda yenidən ağır yol-nəqliyyat hadisələri qeydə alınır. Müşahidələr göstərir ki, bu qəzaların əksəriyyəti sürücülərin, piyadaların və digər yol hərəkəti iştirakçılarının məsuliyyətsiz davranışı, tələskənliyi və diqqətsizliyi nəticəsində baş verir”.
Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
O təəssüflə qeyd edib ki, məhz bayram günlərində baş verən yol-nəqliyyat hadisələri bəzi ailələr üçün ömürlük kədər deməkdir:
“Həmin ailələr üçün Yeni ilin gəlişi artıq bayram yox, hər il yenidən xatırlanan acı bir tarixə çevrilir. Unutmamalıyıq ki, yolda etdiyimiz hər bir hərəkət yalnız öz həyatımızı deyil, evdə bizi gözləyən sevdiklərimizin də taleyini müəyyənləşdirir. Sükan arxasında yol verilən məsuliyyətsizlik geri dönüşü olmayan, ağır və ölümcül nəticələrə səbəb ola bilər”.
R. Tağıyevin sözlərinə görə, bu gün yol hərəkəti qaydalarına əməl etmək təkcə qanunun tələbi deyil, həm də vicdan məsələsidir:
“Əgər hər birimiz bu əlamətdar günləri sağ-salamat qarşılamaq, bayram sevincini ailəmizlə birlikdə yaşamaq istəyiriksə, qaydalara qeyd-şərtsiz əməl etməli, digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmalıyıq.
Unutmamalıyıq ki, qayda pozan və qəza törədən bəzən biz ola bilərik, lakin bunun nəticəsində həyatını itirənlər çox vaxt günahsız insanlardır. Buna görə də “avtomobil mənimdir, istədiyim kimi sürərəm” düşüncəsindən uzaqlaşmalı, yolların hamı üçün olduğunu bir an belə yaddan çıxarmamalıyıq.
Gəlin bu bayram günlərində yollarda tələsməyək, risk etməyək, bir anlıq diqqətsizliklə ömürlük peşmanlığa yol verməyək. Bayramlar itkilərlə deyil, sevinclə xatırlansın. Bayramınız təhlükəsiz olsun!”
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












