Daşkəsəndə “Təmiz Hava” reydi: Normanı aşan avtomobillər aşkarlandı

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz Hava” aylığı çərçivəsində monitorinq keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd atmosferə normadan artıq zərərli qaz tullantıları buraxan nəqliyyat vasitələrinin aşkarlanması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması olub.
Monitorinq zamanı xüsusi texniki avadanlıqlar vasitəsilə avtomobillərin mühərriklərindən atmosferə buraxılan qazların səviyyəsi yoxlanılıb. Aparılan yoxlamalar nəticəsində ekoloji normalara cavab verməyən 12 nəqliyyat vasitəsi aşkarlanıb.
Qayda pozuntusuna yol verən sürücülərlə profilaktik söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokollar tərtib olunub.
Nərmin
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO














