Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO

8 Noyabr - Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda “Zəfər tarixi” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Avtosfer.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 6-cı ildönümünə həsr olunan tədbirdə müxtəlif dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, xüsusi təyinatlı ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları yer alıblar. Konfransdan əvvəl qonaqlar Hərbi İnstitutun ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Zəfər tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Hərbi İnstitutun rektoru, general-mayor Elçin Məmmədov iştirakçıları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Zəfər Gününün tarixi əhəmiyyətindən danışan rektor gənc nəslin dövlətçilik ideyalarına sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb. Konfransda təqdim olunan məruzələrdə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin tarixi Zəfərin qazanılmasındakı müstəsna rolu xüsusi qeyd olunub. Çıxışlarda Vətən müharibəsinin hərbi-siyasi nəticələri, müharibədən sonrakı dövrdə təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər yalnız hərbi üstünlüyün deyil, həm də Azərbaycan xalqının sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin və milli həmrəyliyimizin təntənəsidir.
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ
Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirilib - FOTO - VİDEO
Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV



















