DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO

DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair birgə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
"Novruz bayramı ərəfəsində, xüsusən çərşənbə axşamlarında tonqalların qalanması əsrlərdir xalqımızın tarixi köklərə əsaslanan adət-ənənələrindəndir. Amma bu bayram ritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğunu da unutmamalıyıq. Xüsusilə binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqalların qalanması ciddi təhlükə yarada bilər.
Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər. Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Təəssüf ki, hər il Novruz şənlikləri zamanı ehtiyatsızlıq səbəbindən yanğın, xəsarətalma və əmlaka ziyan dəyməsi halları qeydə alınır. Unutmayaq ki, bir anlıq səhlənkarlıq ağır nəticələrə səbəb ola bilər.
Bayram sevincimizi faciəyə çevirməmək üçün hər kəsi yanğın təhlükəsizliyi qaydalarına və ətraf mühiti qorumağı vətəndaşlıq borcumuz bilib sadalanan nüanslara ciddi əməl etməyə çağırırıq.
Gəlin, Novruzu birlikdə təhlükəsiz və məsuliyyətli şəkildə qeyd edək".
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO















