DİN-ə müraciətlərinizi asanlaşdıran növbəti yenilik - FOTO - VİDEO

Polis orqanlarına ünvanlamaq istədiyiniz elektron müraciətləri artıq vahid platforma olan “E-Polis” mobil tətbiqi vasitəsilə göndərə bilərsiniz.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bunun üçün proqrama daxil olub “Elektron müraciət” xidmətinə keçid edirsiz. Açılan pəncərədə “Müraciət et” düyməsinə kliklədikdən sonra əlaqə məlumatlarınızla tanış olursuz.
Məlumatlar düzgün olduğu təqdirdə isə “Davam et” düyməsini sıxaraq növbəti mərhələyə keçirsiz. Bu zaman qarşınıza çıxan qaydalarla tanış olub “Davam et” düyməsini klikləyirsiz. Sonra gələn “Ümumi məlumatlar” hissəsində müraciət edən şəxs kateqoriyasını, "Hara ünvanlanır", "Müraciətin növü"nü seçirsiniz. Əgər şikayət edəcəksinizsə, şikayət etdiyiniz şəxsin daxili işlər orqanının əməkdaşı və ya digər şəxs olduğunu qeyd edirsiz. Ardınca müraciətin mövzusunu və hadisə yerini yazırsız. Növbəti düyməsini sıxaraq “cavabdeh barədə məlumatlar” hissəsində şikayət etdiyiniz şəxs haqda bildiyiniz məlumatları da daxil edib yenə növbəti düyməsini sıxırsız. Mətni, şəkil və ya sənəd varsa onları da əlavə edərək müraciəti təsdiqləyirsiniz. Beləliklə prosedur tamamlanır və bir neçə dəqiqə ərzində müraciətinizi elektron qaydada polis orqanına göndərməklə məmnunluğunuz təmin olunur.
E-polis, rəqəmsallaşan xidmətlərimizin üstünlüklərindən siz də faydalanın!
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












