DİN sürücülərə çağırış etdi: "Ya sağ-salamat mənzil başına, ya da son mənzilə…" - VİDEO

Daxili İşlər Nazirliyi sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə yay tətili və ya mövsümlə əlaqədar həftəsonları istirahət etmək üçün paytaxtdan respublikamızın digər şəhər və rayonlarına üz tutanların sayında artım müşahidə olunduğu qeyd olunub.
"Təəssüf ki, yollarda ani diqqətsizlik əksər hallarda ağır faciələrlə nəticələnən qəzalara səbəb ola bilir. Ona görə də risklərdən sığortalanmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün sizi aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq:
- səfərə çıxmazdan öncə avtomobilin texniki sazlığını yoxlayın;
- sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;
- təhlükəsizlik kəmərindən istifadə edin;
- sürət həddini aşmayın;
- sürət həddini yolun növünə və hava şəraitə uyğun seçin;
- qarşıda hərəkət edən maşınla ara məsafəsinə diqqət edin;
- ötmə qaydalarına uyğun davranın;
- telefon istifadəsi və diqqət yayındıran bütün nüanslardan çəkinin;
- mümkünsə günün erkən saatlarında yola çıxın.
Hər zaman iki seçim var: Ya yol hərəkəti qaydalarına əməl etməklə sağ-salamat mənzil başına çatırsınız, ya da qaydalara biganə yanaşmaqla son mənzilə yaxınlaşırsınız. Unutmayaq ki, qəzalar təsadüfi yox, sürücü səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində baş verir. Özünüzün və sevdiklərinizin mənzil başına sağ-salamat çatması üçün sükan sizin əlinizdədir. Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl et, həyatını təhlükəyə atma!", - müraciətdə bildirilib.
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












