DİN uşaqların müdafiəsi ilə bağlı konfrans keçirdi - FOTO - VİDEO

Mayın 30-da Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Uşaq hüquqlarının müdafiəsində inkişaf və strateji əməkdaşlıq” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Avtosfer.az xəbər verir ki, konfransda Nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də QHT nümayəndələri iştirak ediblər.
Tədbirdə uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il tarixli sərəncamları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”-nın uğurla icra olunduğu vurğulanıb.
Daxili İşlər Nazirliyi tərəfindən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilə biləcək cinayətlərin, inzibati xətaların, eləcə də uşaqlara qarşı baş verən hüquqpozmaların qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları tərəfindən kompleks tədbirlərin görüldüyü, uzunmüddətli proqramların qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxışçılar Nazirliyin “102” Xidməti-zəng mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt”kimi sistemlərin, “E-polis” mobil tətbiqi və DİN-in sosial şəbəkə hesablarının cinayətlərin, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş zorakılıq əməllərinin qarşısının vaxtında alınmasına, operativ tədbirlərin görülməsinə xidmət etdiyini və ötən dövr ərzində bu istiqamətdə effektiv nəticələrin əldə olduğunu bildiriblər.
Qeyd olunub ki, vətəndaşların müraciət etmələrinin asanlaşdırılması, baş verə biləcək hadisələrə çevik müdaxilə edilməsi məqsədilə polis sahə rəisləri və yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlar tərəfindən vətəndaşlara vizit kartlar paylanılır, sığınacaq və sosial reabilitasiya mərkəzlərinə ərazi polis orqanlarının növbətçi hissələrinin əlaqə nömrələri verilir.
Daxili İşlər Nazirliyi tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətdə fəaliyyətin məqsədyönlü təşkili, o cümlədən işin aidiyyəti dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə koordinasiyalı qurulması, ictimaiyyətlə polis orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, davamlı məlumat mübadiləsinin aparılması daim diqqətdə saxlanılır.
Maarifləndirmə tədbirləri çərçivəsində mütəmadi olaraq yerli icra hakimiyyətləri yanında komissiyaların üzvləri, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, həmçinin psixoloq və narkoloq həkimlərin iştirakı ilə orta məktəblərdə yuxarı sinif şagirdləri və onların valideynləri ilə görüşlər, yığıncaqlar, dəyirmi masalar təşkil edilir.
Sonda konfrans iştirakçıları fikir mübadiləsi aparıblar, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
Yol polisi bu ərazidə sürücüləri cərimə edə bilər? - QANUNLA BELƏDİR
Yol polisi sərxoş və "avtoş" sürücülərə qarşı reyd keçirdi - VİDEO
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası












