DYP-dən yol hərəkəti iştirakçılarına bayram müraciəti - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına bayram təbriki və tövsiyələrlə müraciət edib.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün yol hərəkəti iştirakçılarını səmimi-qəlbdən təbrik edir.
Müraciətdə bayram günlərində yollarda hərəkət intensivliyinin artdığı nəzərə alınaraq sürücülər və piyadalar daha diqqətli və məsuliyyətli olmağa çağırılıb. Sürət həddinə riayət olunması, sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması, piyadalara üstünlük verilməsi və yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyi vurğulanıb.
Baş Dövlət Yol Polisi İdarəsi bayram sevincinin yalnız təhlükəsiz şəkildə mənzil başına çatdıqda tamamlandığını xatırladaraq, hər kəsə açıq və təhlükəsiz yollar arzulayıb.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












