DYP məktəblilər arasında bilik yarışı təşkil etdi - FOTOSESSİYA

Mayın 20-si 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin əsas binasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi arasında birgə fəaliyyət proqramına uyğun olaraq Bakı şəhəri ümumtəhsil məktəbləri arasında “Yol hərəkəti qaydalarını öyrənək!” mövzusunda bilik yarışı keçirilib.
Avtosfer.az xəbər verir ki, təşkil olunan bilik yarışında Bakı şəhəri 5, 24, 28, 54, 76, 98, 104, 128, 129, 133, 183, 211, 238, 245, 251, 260, 266 nömrəli tam orta məktfəblərin şagirdlərindən ibarət 17 komanda iştirak edib. Yarış iştirakçıları 50 dəqiqə ərzində yol hərəkəti qaydalarına aid nəzəri və praktiki bilikləri əhatə edən sualları cavablandırıblar.
.jpg)
Yarışı keçirməkdə məqsəd uşaqların yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək, sağlam rəqabət mühitində uşaqların öz bilik və bacarıqlarını nümayiş etdirməklərinə zəmin yaratmaqdır.
Bilik yarışında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis kapitanı Pərvanə Muradova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elnur Mahmudov, 1 Uşaq–Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, müəllimlər iştirak edib.
.jpg)
Yarışın sonunda qaliblər müəyyənləşdirilib. Qaliblərinin mükafatlandırma mərasimi mayın 31-i Bakı şəhər Dövlət Yol Polisi idarəsində keçiriləcək və qaliblər medal və diplomlarla təltif olunacaq.
Bakı şəhəri ümumtəhsil məktəblərin şagirdlərinin yarışa hazırlanmasında 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin metodisti Sevda Əsgərova xüsusi köməklik göstərib.
Yarışda ümumilikdə 85 işaq iştirak edib.
Səfər
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR






























