DYP məktəblilərlə görüş keçirdi - VİDEO

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblilərlə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici tədbirlərini davam etdirir. Növbəti görüş paytaxtdakı “Aktual Tədris Mərkəzi”ndə təşkil olunub.
Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları, piyada keçidlərindən düzgün istifadə, nəqliyyat vasitələrinin yaxınlığında ehtiyatlı davranış kimi mövzular interaktiv formada izah edilib. Şagirdlərə təhlükəsizlik nişanları, işıqforun tələbləri və hər bir iştirakçının yol hərəkətində məsuliyyətini göstərən maarifləndirici materiallar təqdim olunub.
BDYPİ vurğulayıb ki, uşaqlar arasında yol hərəkəti qaydalarının öyrədilməsi və gündəlik vərdiş halına gətirilməsi gələcəkdə təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edilib ki, bu cür görüşlərin mütəmadi təşkili gələcək nəslin yol hərəkəti qaydalarına daha məsuliyyətli yanaşmasına və onların təhlükəsiz mühitdə böyüməsinə xidmət edir.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












