DYP-nin keçirdiyi tədbirdə qayda pozan PİYADALAR CƏRİMƏLƏNDİ - FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun!” şərti adı altında profilaktik tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı yol polisləri piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə marifləndirici söhbətlər aparıblar. Hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına düzgün riayət etməyin vacibliyi tövsiyə olunub. Edilən xəbərdarlıqlara baxmayaraq yol hərəkəti qaydalarını pozan piyadalar haqqında inzibati protokollar tərtib olunub.
Qeyd edək ki, mövsümə uyğun piyadaların hərəkət intensivliyi nəzərə alınaraq, eləcə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə hərəkət iştirakçıları, xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO













