DYP piyadalara müraciət ETDİ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.
Avtosfer.az xəbər verir ki, idarənin müraciətində piyadaların yol hərəkəti qaydalarına ciddi əməl etməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, piyadalar yolu yalnız nəzərdə tutulmuş piyada keçidlərindən keçməli, hərəkət zamanı diqqətli olmalı və tələsməməlidirlər. Yolu keçərkən ətrafa diqqətlə nəzər yetirmək, nəqliyyat vasitələrinin hərəkətini nəzərə almaq və təhlükəsizliyə tam əmin olduqdan sonra keçidi davam etdirmək tövsiyə olunub.
Xüsusilə yolun hərəkət hissəsinə yaxınlaşarkən və onu keçərkən mobil telefon, qulaqcıq və digər elektron cihazlardan istifadə etməklə diqqətin yayındırılmasına yol verilməməsinin vacibliyi qeyd edilib.
BDYPİ sürücülərə də müraciət edərək piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmağı, piyadalara yol verməyi və diqqəti yayındıran amillərdən çəkinməyi tövsiyə edib.
İdarə bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qarşılıqlı hörmət və məsuliyyət nümayiş etdirməyə çağırıb.
“Unutmayaq ki, yollarda təhlükəsizlik hər kəsin düzgün davranışından başlayır və bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər”, – deyə müraciətdə bildirilib.
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












