DYP tez-tez zolaq dəyişib tıxac yaradanları İFŞA ETDİ - VİDEO

Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, hərəkət zolağının gediləcək istiqamət üzrə vaxtında və düzgün seçilməsi, yol nişanlarının tələblərinə ciddi riayət edilməsi sürücü intizamının və yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindəndir.
Avtosfer.az-ın müşahidələrinə əsasən, bəzi hallarda sürücülər tələsik və ya məsuliyyətsiz davranışla zolaqları tez-tez dəyişir, nişanlanmanı və digər iştirakçıları nəzərə almadan hərəkət edir. Bu cür hallar nəticəsində yollarda qarışıqlıq, süni sıxlıq və qəza riski yaranır.
Hər bir sürücü öz zolağında, müəyyən olunmuş istiqamət üzrə nizamlı hərəkət etsə təbii ki, nəqliyyatın stabil axını təmin olunmaqla sıxlığın qarşısı alınar, ləngimələrin və qəzaların sayı minimuma enər.
Unutmayaq ki, yollarda hərəkət zolaqlarını dəyişmək yalnız qaydalarla müəyyən edilmiş hallarda və müvafiq dönmə siqnalı verməklə mümkündür. Bütün sürücülər sükan arxasında intizamlı və məsuliyyətli davransa, yollarımız daha rahat və təhlükəsiz olar.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












