DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ

Avtomobildə sərnişinlərin, xüsusilə uşaqların daşınması zamanı təhlükəsizlik qaydalarına əməl olunması onların həyat və sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.
Müraciətdə bildirilib ki, hərəkətdə olan avtomobillərdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi, uşaqların avtomobilin pəncərəsindən bədənlərinin hər hansı hissəsini çıxarması və ayaqüstə dayanması kimi təhlükəli hallara rast gəlinir. DYP qeyd edib ki, ilk baxışdan adi görünən bu davranışlar qəza və ya gözlənilməz vəziyyət zamanı ciddi xəsarətlərə səbəb ola bilər.
İdarə xüsusilə uşaqların daşınması zamanı valideynləri və sürücüləri diqqətli olmağa çağırıb. Uşaqların yaş və çəkilərinə uyğun təhlükəsizlik vasitələrindən, o cümlədən uşaq oturacaqlarından istifadə olunması və təhlükəsizlik kəmərinin düzgün bağlanması vacibdir.
DYP vurğulayıb ki, uşaqların təhlükəsizliyi ilk növbədə böyüklərin diqqət və məsuliyyətindən asılıdır.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












