"Heç bir tələsmə uşaq həyatından vacib deyil" - DYP-dən GORANBOYDAKI QƏZA İLƏ BAĞLI

Son günlər ölkədə baş verən qəzalarda piyadavurma faktlarında artım müşahidə olunur. Bu isə hələ də bəzi vətəndaşların onları asfalt üzərində gözləyən təhlükədən xəbərsiz olduqlarını göstərir. Vətəndaşlar sanki yolda hərəkət edənin iri dəmir parçası olduğunu nəzərə almır və maşınların üstünə şığıyırlar. Bu azmış kimi, paytaxtın mərkəzdəki bir sıra küçə və prospektlərində yerüstü və yeraltı piyada keçidləri olmasına baxmayaraq, vətəndaşlar yolu onlara daha kəsə, daha yaxın olan yerdən keçməyi üstün tuturlar. Nəticə? Kimsə ailə başçısız, kimsə övladsız, kimsə atasız, anasız qalmış olur. Bununla əlaqədar yol polisi əməkdaşları məktəblilər, eləcə də əhalinin digər qismini əhatə edən maarifləndirmə tədbirlərini davamlı həyata keçirsə də, nəticə düzəlmir.
Avtosfer.az xəbər verir ki, mövzu çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev də özünün sosial media hesabında paylaşım edib. Paylaşımda bildirilir:
“Yolun ortasında yarım qalan uşaqlıq – uşaq travmatizminin görünməyən dramı.
Çox ağır, amma mütləq danışmalı olduğumuz bir mövzu: "Yollarda uşaq travmatizmi"
Bu təkcə bir statistika deyil. Bu – parçalanmış çanta, əldə qalan oyuncaq, yarımçıq qalmış bir cümlə deməkdir. Rəqəmlər sadəcə rəqəm deyil...
İl ərzində onlarla azyaşlı uşaq yol-nəqliyyat hadisələrində xəsarət alır və ya həyatını itirir. Bəziləri məktəbə gedərkən, bəziləri top dalınca qaçarkən, bəziləri valideynin əlindən çıxıb cəmi bir neçə addım atarkən.
Bu gün yenə bir azyaşlı yolu keçmək istəyəndə avtomobil onu vurdu. Goranboyda baş verən hadisə bu səssiz dramın daha bir səhnəsi oldu. Azyaşlı hazırda xəstəxanadadır. Vəziyyəti ağırdır. Onun gələcəyi – bir anın içində alt-üst oldu.
Amma bu hadisələrin çoxu qarşısı alına biləcək faciələrdir. Uşaq görünən yerdə ayağınızı yox, ürəyinizi əyləcə basın. "Piyada keçidi" və ya "uşaqlar" nişanı təkcə bir işarə deyil, o, bir xəbərdarlıqdır: “Burada həyat var. Zəif, müdafiəsiz, gələcək dolu həyat...”
Heç bir tələsmə uşaq həyatından vacib deyil. Heç bir “gecikdim” bəhanəsi bir travmanın izahı ola bilməz”.

Səfər
Quba yolunda "Bentley" qəzaya düşdü: Kəmər sürücünün həyatını xilas etdi - VİDEO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirib 258 gənci işə götürdü - VİDEO
Yolu qadağan edilmiş yerdən keçmək həyatınıza təhlükə yaradır – DYP-dən ÇAĞIRIŞ - VİDEO
Yol polisi hansı sürücülərə güzəşt edə bilər? - AÇIQLAMA - VİDEO
DYP piyadalar üçün maarifləndirmə tədbiri keçirdi - VİDEO
Bölgələrdən qayıdanlara çağırış - “Tələsməyin!” - FOTO
Vətəndaş işıqforun tələbinə əməl etdiyi halda niyə cərimələnib? - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yol polisi tətildən qayıdan sürücülərə MÜRACİƏT ETDİ
Sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Bakı-Quba yolunda diqqətli olun: Yol polisi iş başındadır - VİDEO
Yol polisləri yağışda xidməti bu cür davam etdirirdi - Real görüntülər - VİDEO










