Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO

Həftəsonu günlərində şəhərlərarası və rayonlara doğru səfərlərin intensivliyi artır. Yol hərəkətinin sıxlaşması isə diqqət və məsuliyyət tələb edir.
Avtosfer.az xəbər verir ki, bu baxımdan Baş Dövlət Yol Polisi səfərə çıxan sürücülərə bir sıra vacib məqamları xatırladıb.
Sürücülərdən xahiş olunur:
• səfərə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini, xüsusilə əyləc, sükan, təkər və işıqlandırma sistemlərini yoxlasınlar;
• yol boyu hərəkət sürətini yol şəraitinə və müəyyən edilmiş hədlərə uyğun seçsinlər;
• uzun məsafələrdə yorğunluq hiss edildikdə fasilə versinlər;
• öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini saxlasınlar;
• ötmə əməliyyatlarını yalnız icazə verilən və təhlükəsiz yol sahələrində həyata keçirsinlər.
Eyni zamanda, sürücülərə tövsiyə olunur ki, səfər zamanı diqqəti yayındıran amillərdən, o cümlədən mobil telefondan istifadədən çəkinib, təhlükəsizlik kəmərindən istifadəni unutmasınlar.
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Bir daha xatırladırıq ki, səfərin rahat və təhlükəsiz keçməsi sürücünün diqqətindən və məsuliyyətli davranışından asılıdır. Qaydalara əməl edək, yol boyu təhlükəsizliyi birlikdə təmin edək.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












