Həftəsonu səfərə çıxan sürücülərə DYP-dən HAVA XƏBƏRDARLIĞI - VİDEO

"Hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında havanın yağmurlu olması, bəzi dağlıq ərazilərdə yolların buz bağlaması isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır".
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində deyilib.
"Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı, sürət həddini nəzarətdə saxlamağı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.
Hər bir yol hərəkəti iştirakçısını onların mənzil başına təhlükəsiz çatması üçün DYP tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərə dəstək olmağa, səfərlərimizin xoş təəssüratlarla yadda qalması üçün qaydalara qeyd-şərtsiz əməl etməyə çağırırıq!" - müraciətdə bildirilir.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












