İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO

Bu gün saat 12:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində paytaxt sakini Nihad Allahverənovun idarə etdiyi motosikletlə Qəbələ rayon sakini İsa Rzayevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.
BDYPİ-dən Avtosfer.az xəbər verir ki, qəza nəticəsində hər iki sürücü, eləcə də İsa Rzayevin avtomobilində olan qadın sərnişin hadisə yerində həyatlarını itiriblər. Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












