"İşıqqaytarıcı geyim və əşyalar taxın!" - DYP-dən bu sürücülərə ÇAĞIRIŞ - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, velosiped və skuter sürücülərinə müraciət edib.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir. Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına
Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır:
- Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə göstərir ki, dəbilqə taxan sürücülərin yaşama şansı ikiqat artır.
- Diz və dirsək qoruyucularından istifadə edin. Bu vasitələr aşma və toqquşma zamanı sümük sınıqları və ciddi əzələ zədələrinin qarşısını alır.
- İşıqqaytarıcı geyim və əşyalar taxın. Sutkanın qaranlıq vaxtı və zəif işıqlandırılan yollarda hərəkət iştirakçılarının sizi vaxtında görməsinə kömək edir.
- Qulaqlıqlardan və diqqəti yayındıran vasitələrdən istifadə etməyin. Telefonla danışmaq, musiqiyə aludə olmaq və digər məşğuliyyətlər sürücünün ətraf mühitlə əlaqəsini zəiflədir, reaksiyanı ləngidir və qəza ehtimalını artırır.
Unutmayın, bu sadə, lakin həyati əhəmiyyət daşıyan qaydalara əməl etməklə – siz həm öz həyatınızı, həm də başqalarının təhlükəsizliyini qorumuş olursunuz.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












