Keçid xarab oldu; yol polisi piyadalara bu cür kömək etdi - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları piyadalarla bağlı maarifləndirici tədbir keçiriblər.
Avtosfer.az xəbər verir ki, tədbir Binəqədi şosesi ərazisində baş tutub. Belə ki, yerüstü piyada keçidinin altında qayda pozan bir neçə piyada saxlanılıb. Onların arasında olan yaşlı insanlar yol polisi əməkdaşlarına şikayət edərək bildiriblər ki, keçidin eskalatoru işləmədiyinə görə, qalxıb-düşmək çətin olur. Buna görə də keçiddən istifadə edə bilmirlər. Çəkiliş zamanı məlum olub ki, həqiqətən də keçiddə təmir işləri gedir. Ətrafdakı insanlar bildirib ki, burada təmir hər gün aparılır. Çünki keçidin iki tərəfinin birində mütəmadi olaraq problem yaranır və eskalator işləmir. Nəticədə insanlar, xüsusəndə yaşlı və əlilliyi olan şəxslər yolu hərəkət hissəsindən keçmək məcburiyyətində qalırlar. Bu da onların həyatını təhlükə altında qoyur.
Qeyd edək ki, vəziyyəti belə görən yol polisi əməkdaşları həmin piyadaların təhlükəsiz şəkildə yolu keçməsinə köməklik göstəriblər.
Fərid
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












