Masazırda motosikl sürücülərinə QARŞI REYD - 45 nəfər saxlanıldı

İyunun 19-da saat 18 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 19 yaşlı Fuad Babaşovun idarə etdiyi motosikletlə yolun hərəkət hissəsinə qaçan azyaşlı vurulub. Nəticədə uşaq aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Belə ki, polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi istiqamətində mütəmadi profilaktik və nəzarət tədbirləri həyata keçirilir. Keçirilən tədbirlər zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılır, yol hərəkəti qaydalarını pozan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.
Qeyd olunan ərazidə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində müxtəlif qayda pozuntularına yol verən 45 motosiklet sürücüsü saxlanılıb. Hazırda reydlər davam etdirilir.
“Bir daha valideynləri azyaşlılara nəzarəti gücləndirməyə, bütün hərəkət iştirakçılarını isə yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq”, - deyə əlavə edilib.
“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO











