Maşını az yanacaqla SÜRMƏYİN! - DYP rəsmisi 4 ziyanı AÇIQLADI

Avtomobili az yanacaqla idarə etmək bir sıra fəsadlara yol aça bilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev özünün sosial şəbəkə hesabında bildirib.

O, bunun hansı fəsadlara gətirib çıxaracağını sadalayıb:
"Bu hal yolun ortasında benzinsiz qalmaq riskindən əlavə, avtomibilinizdə aşağıdakı riskləri də yarada bilər:
1. YANACAQ NASOSUNA ZİYAN
Yanacaq nasosu benzin və ya dizellə soyuyur və yağlanır. Çən boş olanda, nasos hava çəkməyə başlayır və zədələnə bilər.
2. YANACAQ FİLTRİNİN VƏ İNJEKTORLARIN ZİBİL İLƏ DOLU OLMASI
Çənin dibində zamanla çöküntülər yığılır. Yanacaq az olduqda, nasos dibdən bu çöküntüləri çəkə bilər və filtrin tıxanmasına, hətta injektorların sıradan çıxmasına səbəb ola bilər.
3. MÜHƏRRİKİN SARSINTILI İŞLƏMƏSİ
Az yanacaq olduqda avtomobilin mühərriki bəzən "boğulma" kimi simptomlar göstərə bilər. Bu, mühərrikin səmərəsiz işləməsinə və vaxtından əvvəl aşınmasına səbəb ola bilər.
4. KONDENSASİYA PROBLEMİ
Xüsusilə soyuq havalarda, yanacaq çəni çox boş olanda içərisində nəmlik və su buxarı əmələ gələ bilər. Bu da yanacaq sistemində paslanmaya və işləmə problemlərinə gətirib çıxara bilər. Tövsiyə olunur ki, yanacaq çəni tam boşalmadan doldurulsun və həmişə ən azı çənin dörddə biri dolu olsun".
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












