Maşının konstruksiyasını dəyişib qayda pozan sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Salyan rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər saytın “Whatsapp” xəttinə oxuculardan biri tərəfindən göndərilib. Kadrlardan aydın görünür ki, 77-TJ-807 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü birtərəfli yola hərəkətin əks istiqamətindən daxil olaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Bundan əlavə, sürücünün nəqliyyat vasitəsinin konstruksiyasına qanunsuz müdaxilə etdiyi də məlum olub. Belə ki, avtomobilin arxa yayları kəsilib, ön hissəsi isə süni şəkildə qaldırılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qayda pozuntusuna yol verən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun tədbir görülüb, avtomobil isə texniki baxımdan əvvəlki vəziyyətinə qaytarılıb.
Nərmin
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












