Motosikletlə təhlükəli hərəkətlər cəsarət deyil, həyatla oynamaqdır - Rövşən Tağıyev - VİDEO

Oktyabrın 11-də Masazır–Novxanı istiqamətində “Kia Rio” markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletdə olan iki gənc hadisə yerində həyatını itirib. Motosikleti idarə edən şəxsin sürücülük hüququ olmayıb. Sosial şəbəkələrdə yayılan əvvəlki görüntülərdə gənclərin motosikletlə təhlükəli hərəkətlər etdiyi əks olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyi şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
“Bu faciə bir daha göstərir ki, sürücülük hüququ olmadan motosiklet idarə etmək, yüksək sürətlə hərəkət etmək və təhlükəli manevrlərə yol vermək ağır nəticələrə səbəb ola bilər. Həmin görüntülərin sosial şəbəkələrdə paylaşılması təhlükəli davranışların yayılmasına və başqalarının da belə hərəkətlərə meyillənməsinə zəmin yarada bilər. Motosikletlə təhlükəli hərəkətlər etmək nə cəsarət, nə də bacarıqdır — bu, həm özünün, həm də ətrafdakıların həyatını riskə atmaqdır.
İctimai yol yarış meydanı, təhlükəli manevrlər isə izləyici və bəyənmə toplamaq vasitəsi deyil. Sürücü yola çıxarkən hərəkətlərinə görə məsuliyyət daşıdığını və verdiyi qərarların başqa insanların təhlükəsizliyinə də təsir etdiyini unutmamalıdır. Sosial şəbəkələrdə qazanılan diqqət və bir neçə saniyəlik görüntü insan həyatından qiymətli ola bilməz.
Bu məsuliyyət yalnız gənclərin üzərinə düşmür. Valideynlər övladlarının nəqliyyat vasitəsini idarə edib-etmədiyinə, sürücülük hüququnun olub-olmamasına və yolda necə davrandığına diqqət yetirməlidirlər. Sürücülük hüququ olmayan şəxsin motosiklet və ya digər nəqliyyat vasitəsini idarə etməsinə imkan verilməməlidir. Gənclər isə yol hərəkəti qaydalarına əməl etməli, sosial şəbəkələrdə diqqət çəkmək naminə özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












