Nəsimi yol polisi narkoman “avtoş”u yaxaladı – 45 gün həbs və cərimə - VİDEO

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Bakıda gecə yarısı avtoxuliqanlıq edərək insanları narahat edən və təhlükə yaradan sürücünü saxlayıb. Avtosfer.az xəbər verir ki, iyunun 26-da, gecə saat 1 radələrində H.Əliyev-Cavadxan küçələrinin kəsişməsində, 3-cü mikrorayon dairəsində “Audi” markalı, 90 PT 302 dövlət nömrə nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən sürücü müəyyənləşdirilib. Yol polisinin” saxla” əmrinə tabe olmayan sürücü ərazidən qaçıb.
Nəsimi rayon Dövlət Yol polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində avtoxuliqanlıq etmiş sürücü Kəbir Qurban oğlu Hüseynov aşkarlanıb. 19-cü polis bölməsinə aidiyyatı üzərə təhvil verilən zaman sürücünün hərəkətlərində qeyri-müəyyənlik müşahidə edildiyi üçün ekspertizaya göndərilib. Nəricədə sürücünün narkotik vasitələrin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub. Nəsimi rayon DYPŞ-nin rəisi Qəhrəman Qələndərov Avtosfer.az-a bildirib ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün Nəsimi rayon Məhkəməsinə təqdim olunub. “Məhkəmənin qərarı ilə sürücü 1 il sürücülük hüququnun məhdudlaşdırılması və 750 manat məbləğində cərimə olunub, eyni zamanda 45 gün müddətinə inzibati qaydada həbs edilib”.
Avtosfer.az videomaterialı təqdim edir:
Orxan Əli
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












