Nəsimidə məktəblilər polisin xidməti ilə yaxından tanış olublar - FOTOLAR - VİDEO

Gənclərin Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsilə təşviq edilməsi məqsədilə tədbirlər davam etdirilir. Bu istiqamətdə şagirdlərlə növbəti görüş Nəsimi rayonunda keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev, məktəblilər, müəllimlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən şəxslər tərəfindən şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul qaydaları, Polis Akademiyasının “Virtual Akademiya” platforması, ödənişsiz təhsil resursları, geyim və yataqxana ilə təminat, polis xüsusi rütbəsinin verilməsi, hərbi mükəlləfiyyətli hesab olunmaqla hərbi rütbənin verilməsi, təhsil müddətinin iş stajına daxil edilməsi və yüksək təqaüd imkanları barədə geniş məlumat verilib.
Gələcəkdə Akademiyada təhsil almaq istəyən şagirdlərə uğurlar və qəbul imtahanlarında müvəffəqiyyət arzulanıb. Tədbirdə Polis Akademiyasında tədris prosesinə və kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
Sonda şagirdlər Nəsimi Rayon Polis İdarəsində Növbətçi Hissə, Müvəqqəti Saxlanma Yeri, “Təhlükəsiz Şəhər” otağı, Kriminalist Tədqiqatlar Bölməsi, eləcə də Post-Patrul Xidməti taborunun fəaliyyəti ilə yaxından tanış olub, xüsusi təyinatlı polis əməkdaşlarının təlimlərini izləyiblər.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO


















