Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO

Nizami rayonunda ölkə üzrə keçirilən “Təmiz hava” aylığı çərçivəsində tədbir baş tutub.
Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Nizami rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb. Qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb. Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbət apararaq onlara qanunvericiliyin tələblərini izah edib.
Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.
Əksər sürücülərin avtomobilləri normalara cavab verib. Buna baxmayaraq, zərərli maddələrin miqdarı normadan artıq olan 20-dən çox avtomobilin sürücüsünə cərimə yazılıb.
Səfər
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ












