Nizamidə yeraltı keçiddən istifadə etməyən PİYADALAR CƏRİMƏLƏNDİ - VİDEO

Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piyadalarla bağlı maarifləndirici tədbir həyata keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir əsasən rayonun 8-ci kilometr bazarının yaxınlığında təşkil olunub. Piyada zolağı və yeraltı keçid olduğu halda həyatını təhlükəyə ataraq haradan gəldi yolu keçən piyadalarla söhbət aparılıb. DYP əməkdaşları tərəfindən piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədilə nəzarət tədbirləri gücləndirilib. Rayonun müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub.

Həmçinin piyadalar yol-hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, “Yol-hərəkəti haqqında” qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib.
Tədbir əsasən insanların sıx hərəkət etdiyi ərazidə təşkil edildiyi üçün uşaqlı valideynlər və yaşlılar yolu yalnız piyadalar üçün nəzərdə tutulmuş hissələrdən keçilməsi tövsiyə olunub. Rayonun Qara Qarayev prospektində təşkil olunan tədbirdə yeraltı keçid və “zebra” olduğu halda haradan ürəyi istədi yolu keçən şəxslərə cərimələr tətbiq olunub. Həmin şəxslərin bird aha eyni qayda pozuntusunu təkrarlamaması üçün cərimələrin ödənilməsinin təmini prosesi də artıq başladılıb. Belə ki, cərimələnən şəxslərə tərtib olunan protokollar artıq onların iş yerinə, evinə, oxuduğu universitetə göndərilir.
Səfər
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












