Piyada intizamsızlığı ağır yol-nəqliyyat hadisələrinə səbəb olur - DYP

Baş Dövlət Yol Polisi İdarəsi piyadaların yol hərəkəti qaydalarına əməl etməməsinin ağır nəticələrə yol açdığını bildirib.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, geridə qalan həftə ərzində piyadavurma hadisələri qeydə alınıb. Hadisələrin hamısı sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib. Aparılan təhlillər göstərir ki, bu cür qəzaların əsas səbəblərindən biri piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşması, yolu müəyyən olunmamış yerlərdən keçməsi və ən sadə təhlükəsizlik tələblərinə əməl etməməsidir.
BDYPİ bir daha xatırladıb ki, yol hərəkəti hər kəs üçün ortaq istifadə məkanıdır və qaydalar bütün hərəkət iştirakçılarına şamil edilir. Qaydaları görməzdən gələn istənilən şəxs özünü və başqalarını təhlükə qarşısında qoyur.
Bildirilib ki, piyadaların üzərinə düşən ən vacib vəzifə yolu yalnız müəyyən edilmiş keçidlərdən, svetoforun tələblərinə riayət etməklə və diqqətli şəkildə keçməkdir. Bu sadə qaydalara əməl olunmaması həm piyadaların həyatını risk altına salır, həm də digər hərəkət iştirakçıları üçün ağır nəticələr yarada bilər.
BDYPİ piyadalara müraciət edərək qaydalara əməl etməyə və diqqətli olmağa çağırıb.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












