Polis əməkdaşları Xəzər, Pirallahı və Nərimanov rayonlarında şagirdlərlə görüşüb - FOTO

Fevralın 10-da Xəzər Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Buzovna qəsbəsində yerləşən 125 saylı, Pirallahı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 231 və 243 saylı, Nərimanov Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 73 saylı tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.
“Narkomaniya ümumbəşəri bəladır”, "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!", “Erkən nikaha yox deyək!”, “İnternetdən təhlükəsiz istifadə” və “Kibertəhlükəsizlik” mövzularında keçirilən tədbirlərdə orta məktəblərin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbirlərdə çıxış edən polis rəisləri cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr və məhvedici təsirləri barədə danışıblar. Şagirdlərə erkən nikahın fəsadları, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib, internetin faydalı informasiya aləti olmaqla yanaşı həm də kiber təhlükə, ictimai təhlükəli əməllərə sövq edilmə riski və təhdidlərin mövcud olduğu qlobal məkan olması qeyd edilib və kibertəhlükəsizlik mövzusunda ətraflı məlumat verilib.
Şagirdlərə nizam-intizama, davranış qaydalarına riayət etmələri, sağlam həyat tərzi sürmələri, doğru yolu seçmələri, mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri üçün tövsiyələr verilib.
Görüşlərdə mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, şagirdlərlə polislər arasında diskusiya təşkil edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO



















