Polis sərxoş sürücüləri evdə də yoxlayır – ŞƏXSİ HƏYATA MÜDAXİLƏ

Avropanın əksər ölkələrində sürücülərin qanında alkoqol miqdarına müəyyən həddə icazə verilsə də, nəzarət də kifayət qədər ciddidir. Yolverilən normanı asanları cərimə, həbs və ya sürücülük hüququnun məhdudlaşdırılması kimi tədbirlər gözləyir.
Avtosfer.az xəbər verir ki, Belçika qanunvericiliyi qanda 0,5 promilədək alkoqolun olmasına icazə verir. Lakin sırf sürücülük peşəsi ilə məşğul olanlar və təcrübəsiz sürücülər üçün bu hədd 0 promildir. Narkotik vasitələrin təsiri altında maşın sürmək isə birmənalı olaraq qadağandır.
Bu günlərdə Valonya regionunun prokurorluğu maraqlı bir tədbirə əl atıb. Sərxoş vəziyyətdə tutulmuş sürücünün işi məhkəməyə göndərildikdə polis bir neçə gün sonra sürücünün evinə gələrək onun spirtli içkidən istifadə tərzini yoxlayır. Başqa sözlə, qanun keşikçiləri qayda pozan şəxsin müntəzəm, yoxsa təsadüfən içdiyini bilmək istəyir. Əldə edilən nəticələr işi aparan hakimə məruizə edilir.
Hüquqşünaslar bu qaydanın Avropa qanunvericiliyinə zidd olduğu qənaətindədirlər. onların fikrincə, belə xəbərsiz yoxlama şəxsi həyata müdaxilədir.
Vüqar
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












