Polis təhlükəli yerlərdə qayda pozan sürücü və piyadaları yaxaladı - XƏBƏRDARLIQ - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücü və piyadalara müraciət edib. Bu barədə Avtosfer.az-a İdarədən verilən məlumatda bildirilib ki, paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yarana biləcək sıxlıqların, eyni zamanda baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə hərəkət sürətinin yüksək olduğu yollarda Bakı Şəhər DYP İdarəsi tərəfindən nəzarət-profilaktiki tədbirlər həyata keçirilir: "Tədbirlər zamanı nəqliyyat vasitələrini piyadaların minib-düşməsi üçün nəzərdə tutulmayan yerlərdə, avtobus dayanacağında və yolun hərəkət hissəsinin ikinci zolağında saxlayan sürücülərlə marrifləndirici söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının inzibati məsuliyyətlə yanaşı hərəkət intensivliyinin yüksək olduğu yollarda yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, sıxlığın yaranmasına və qəzaların baş verməsinə real zəmin yaratması onların diqqətinə çatdırılıb.
Yol hərəkətinin müdafiəsiz iştirakçıları olan piyadalara yolun hərəkət hissəsinə çıxmamaları, onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan keçidlərdən istifadə etməyi və müəyyən edilmiş yerlərdən kənar avtomobillərə minib-düşməməklə bağlı tövsiyələr verilib.
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












