Qablaşdırılmamış yük maşınları təhlükə yaradır - DYP-dən XƏBƏRDARLIQ - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi yüklərin düzgün qablaşdırılmadan daşınması ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, müvafiq qaydada qablaşdırılmadan və xüsusi örtüklərlə təmin olunmadan daşınan qum, çınqıl, torpaq, daş və digər materialların yollara səpələnməsi hərəkət iştirakçıları üçün ciddi təhlükə mənbəyidir:
"Belə hallarda görünüş dairəsi məhdudlaşır, nəqliyyat vasitələrinin təkərlərinin yol örtüyü ilə təması azalır və bu, idarəetmənin itirilməsinə, əyləc yolunun uzanmasına, tozlu hava effekti yaradaraq görmə imkanlarının zəifləməsinə, nəticədə isə ağır qəzaların baş verməsinə səbəb olur.
Maye tərkibli yüklərin nəqliyyat vasitələrində düzgün yerləşdirilməməsi isə hərəkət zamanı və xüsusilə manevrlər edilərkən onların yolun hərəkət hissəsinə dağılmasına gətirib çıxarır ki, bu da digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə və yük göndərənlərə xatırladır ki, yüklər yalnız qaydalara uyğun şəkildə yerləşdirildikdən və müvafiq örtüklərlə möhkəmləndirildikdən sonra yola buraxılmalıdır".
"Unudulmamalıdır ki, bu tələblərə riayət olunması təhlükəsizliyin təmin olunması və qəzaların qarşısının alınması üçün əsas şərtdir",- deyə məlumatda qeyd edilib.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












