"Qəzaların ağır nəticələri niyə hələ də bəzi sürücülərin davranışlarını dəyişmir?" - DYP

“Yollar artıq sadəcə nəqliyyatın hərəkət etdiyi məkan deyil. Təəssüf ki, bu gün yollar yüzlərlə insanın yarımçıq qalan həyat hekayəsinin son ünvanına çevrilib. Sükan arxasında bir anlıq tələskənlik, bir saniyəlik məsuliyyətsizlik, “mənə heç nə olmaz” düşüncəsi bir çox hallarda geri dönüşü olmayan faciə ilə bitir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.

O, hadisələrin səbəbinin əksər hallarda dəyişmədiyini vurğulayıb: “Sürət həddi aşılır, əks zolağa çıxılır, qırmızı işıqda keçilir, sərxoş halda sükan arxasına əyləşilir, telefonla danışaraq avtomobil idarə edilir. Və nəticə dəyişmir… Dağılan ailələr, ömürlük vicdan əzabı, uşaqsız qalan analar, atasız böyüyən körpələr, yarımçıq qalan arzular... Bu gün yollar yüzlərlə insanın həyatını udub... Sabahın kimə qismət olacağını isə heç kim bilmir. Bəlkə də, növbəti qurban elə bir neçə saniyə sonra sükan arxasında risk edən bir sürücüdür. Bəlkə də, yol kənarında dayanan günahsız bir piyadadır. Bəlkə də, evinə tələsən bir ata, dərsə gedən bir tələbə, toyuna hazırlaşan bir gəncdir...”
DYP rəsmisi bildirib ki, sükan arxasında edilən kobud qayda pozuntusu təkcə sürücünün deyil, günahsız insanların da həyatını əlindən alır: “Bu gün qaydanı pozan sürücü sabahın xəbər başlığına çevrilə bilər. Bu gün “mənə heç nə olmaz” deyən sabah şəkli çərçivəyə salınan bir xatirəyə dönə bilər. Gəlin bir anlıq tələskənliyə görə ailələrin göz yaşına səbəb olmayaq. Gəlin sükan arxasına keçəndə yalnız öz həyatımızı deyil, başqalarının da taleyini daşıdığımızı unutmayaq”.
“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO










