Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO

“Diqqət, uşaqlar!” devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə rayonun 6 nömrəli tam orta məktəbində məktəblilər üçün maarifləndirici görüş təşkil olunub.
Avtosfer.az xəbər verir ki, görüşün əsas məqsədi şagirdlərə küçə və yollarda təhlükəsiz davranış qaydalarını aşılamaq, yol hərəkəti iştirakçıları kimi onların məsuliyyətini artırmaq olub.
Tədbirdə çıxış edən polis əməkdaşları məktəblilərə yol hərəkəti təhlükəsizliyi, sürücü-piyada münasibətləri, nizamlanan və nizamlanmayan piyada keçidlərindən düzgün istifadə, işıqfor siqnallarının tələbləri barədə ətraflı məlumat veriblər. Həmçinin, velosiped və elektroskuter sürücülərinin, eləcə də sərnişinlərin riayət etməli olduqları qaydalar diqqətə çatdırılıb.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb və yol hərəkəti təhlükəsizliyi ilə bağlı faydalı tövsiyələr verilib.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO


















