Sabunçuda ekologiyaya zərər vuran sürücülər cərimələndi; ustanın maşını təmiz çıxdı - VİDEO

Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində profilaktiki tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə 20-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Yol polisi əməkdaşları avtonəqliyyat vasitəsindən ixrac olunan zəhərli qazın miqdarını xüsusi texniki vasitə ilə yoxlayıb. Nəticədə qaydaları kobud şəkildə pozan bir neçə sürücü barəsində inzibati qaydada tədbirlər görülüb. Zəhərli qazların miqdarı normadan bir az artıq olan sürücülərə isə xəbərdarlıq olunub.
Sabunçu DYP-nin əməkdaşları nəqliyyat vasitələrini saz vəziyyətdə saxlayan sürücülərlə maarifləndirici söhbət aparıb və onlara təşəkkür ediblər. Eyni zamanda, qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Sürücülərlə söhbət zamanı məlum olub ki, sürücülər avtomobillərinin sazlığına vaxtında qulluq və qaydalar çərçivəsində idarə etməklə nail olublar.
“BMW” markalı nəqliyyat vasitəsini daim saz vəziyyətdə saxlayan sürücü digərlərinə maşını normalar çərçivəsində idarə etməyi və ona vaxtında texniki qulluğu tövsiyə edib. O, uzun illərdir avtomobil ustası olduğunu və maşının sazlığına daim nəzarət etdiyini vurğulayıb.
Səfər
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












