Sürət həddini aşanda nə qədər qabağa düşürük? - DYP AÇIQLADI

"Yollarda sürət həddinin aşılması çox vaxt “bir az tez çatmaq” düşüncəsi ilə əsaslandırılır. Lakin real rəqəmlərə baxdıqda bunun heç bir ciddi üstünlük vermədiyi aydın görünür. Məsafəni daha yüksək sürətlə qət etdikdə 10 kilometrlik məsafədə qazandığınız vaxt cəmi bir neçə dəqiqədən artıq olmur”.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev sürücülərə müraciətində deyib.
O bildirib ki, 60 km/saat əvəzinə 80 km/saatla hərəkət etdikdə təxminən 2 dəqiqə 30 saniyə, 80 km/saatdan 100 km/saat sürətə keçdikdə təxminən 4 dəqiqə, 100 km/saatdan 120 km/saat sürətə artırdıqda təxminən 5 dəqiqə irəli düşmək mümkündür: “Bu qədər kiçik zaman fərqinin müqabilində qəza riski isə dəfələrlə artır. Sürət yüksəldikcə nəqliyyat vasitəsinin dayanma məsafəsi uzanır, qarşıya çıxan təhlükəyə reaksiya gecikir və adi görünən bir manevr belə ağır nəticələnə bilir. Yəni qazandığını düşündüyün bir-iki dəqiqə əvəzində öz həyatını, sərnişinlərini və digər yol hərəkəti iştirakçılarını ciddi təhlükə ilə üz-üzə qoymuş olursan.
Yollarda təhlükəsizlik hər zaman birinci yerdə olmalıdır. Vaxtında çatmaq üçün ən doğru yol tələskənlik deyil, marşrutu və vaxtı düzgün planlamaqdır. Qaydaları pozaraq sürəti artırmaq nə real vaxt qazandırır, nə də yolu qısaldır, sadəcə riski böyüdür.
Sürətli yox, təhlükəsiz sür”.

Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












