Sürət həddini aşanda sürücü nə qədər “QABAĞA DÜŞÜR”? - Yol polisi AÇIQLADI

“Sürətli sürməyin vaxt baxımından real qazancı az, riskləri isə çoxdur”.
Avtosfer.az xəbə verir ki, bu sözləri BDYPİ-nin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial media hesabında paylaşıb.

Şöbə rəisi sözügedən məsələni rəqəmlərlə göstərib:
1. Vaxt qazancı:
Məsələn, 10 km-lik bir məsafədə:
60 km/saat sürətlə getsəniz → 10 dəqiqə
90 km/saat sürətlə getsəniz → 6,6 dəqiqə (cəmi 3,4 dəqiqə fərq)
120 km/saat sürətlə getsəniz → 5 dəqiqə (cəmi 5 dəqiqə fərq)
Yəni, hətta sürət həddini ciddi şəkildə aşsanız belə, qənaət etdiyiniz vaxt çox azdır.
2. Risk göstəriciləri:
Sürət 60 km/s-dən 90 km/s-ə qalxanda → Qəza riski təxminən 2 dəfə artır.
Sürət 90 km/s-dən 120 km/s-ə qalxanda → Qəza riski 4 dəfə artır.
Piyadaya 60 km/s-lə çırpıldıqda sağ qalma ehtimalı ≈ 30%
Piyadaya 90 km/s-lə çırpıldıqda sağ qalma ehtimalı ≈ 10%
Yəni, sürəti artırmaqla qazandığınız bir neçə dəqiqə, həyatınızı və başqalarının təhlükəsizliyini ciddi risk altına qoyur.
Rövşən Tağıyev sonda, qaydalar çərçivəsində hərəkət etməyin həm təhlükəsizlik, həm də cərimə və digər problemlərdən yayınmaq üçün ən düzgün yol olduğunu vurğulayıb.
Namiq Musayev
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












