"Sürət həddini yol və hava şəraitinə uyğun seçin" - DYP-dən HAVA XƏBƏRDARLIĞI

Azərbaycanın bir sıra bölgələrində əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb.
Bildirilib ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsizlik üçün yetərli qədər ara məsafəsi saxlanılmalıdır. Kəskin manevrlər, təhkükəli ötmə əməliyyatları aparmaq yolverilməzdir. Eyni zamanda avtomobillərin texniki vəziyyətinə, xüsusilə təkərlərin mövsümə uyğun şinlərlə təchizatına, əyləc və işıq sistemlərinin sazlığına diqqət yetirilməlidir.
Qeyd edək ki, meteoroloji proqnozlara əsasən, bu gün Azərbaycanın bir sıra bölgələrində intensiv yağıntıların müşahidə ediləcəyi, bəzi ərazilərdə qar yağacağı gözlənilir.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












