“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ

"Gözlənilən yağışlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə birbaşa təsir göstərən amillərdəndir. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması, görünüş məsafəsinin azalması və nəqliyyat vasitəsinin tormoz yolunun uzanması sürücülərdən daha diqqətli və məsuliyyətli davranmağı tələb edir".
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.
DYP sürücülərə yağışlı hava şəraitində sürəti yolun və hava şəraitinin imkan verdiyi təhlükəsiz həddə qədər azaltmağı, qarşıdakı nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmağı, kəskin manevr və qəfil tormozlamadan çəkinməyi tövsiyə edib.
"Unutmaq olmaz ki, yol nişanında göstərilən maksimal sürət həddi hər bir hava şəraitində həmin sürətlə hərəkət etməyin təhlükəsiz olduğu anlamına gəlmir. Sürücü mövcud şəraiti düzgün qiymətləndirməli və sürəti təhlükəsiz idarəetməni təmin edəcək səviyyədə seçməlidir.
Yağışlı havada sürəti azaltmaq sadəcə ehtiyat tədbiri deyil, təhlükəsizliyin əsas şərtlərindən biridir", müraciətdə deyilir.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












