Tanınmış idmançı sükan arxasında telefonla oynadı, qəzaya düşdü - DYP-dən AÇIQLAMA - VİDEO

Daha əvvəl qalmaqallı mövzularla gündəmə gələn fitnesçi Hidayət Məhərrəmli bu dəfə qəzaya düşməsi ilə bağlı müzakirələrə səbəb olub.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Avtosfer.az-a açıqlamasında idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar münasibət bildirib.

Rövşən Tağıyev qeyd edib ki, sükan arxasında telefondan istifadənin istənilən forması – istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq – həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyur.
Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur. Sürücünün gözünü yoldan ayırdığı 2–3 saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir.
Şöbə rəisi bildirib ki, sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.
“Unutmayaq: sükan arxasında seçim sadədir – ya telefon, ya təhlükəsizlik”, – deyə Rövşən Tağıyev sürücülərə çağırış edib.
R.Tağıyev qeyd edib ki, hadisə təxminən 2 il əvəvl baş verib. O, sükan arxasında telefondan istifadənin istənilən formasının: istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq – həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyduğunu bildirib.
Eltac
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












