Təcrübəli sürücülərin törətdiyi qəzaların sayı açıqlandı - FOTO

Ötən il 10 ildən yuxarı təcrübəsi olan sürücülər tərəfindən 488 yol-nəqliyyat hadisəsi törədilib.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd edilib.
Bildirilib ki, statistikaya əsasən, 2025-ci il ərzində 10 ildən yuxarı təcrübəsi olan sürücülər tərəfindən 488 yol-nəqliyyat hadisəsi törədilib ki, bu da ümumi qəzaların 39,0 faizini təşkil edir:
"Bəzən sürücülər uzun illər sükan arxasında olmasına, tanış marşruta və ya avtomobilinin texniki imkanlarına güvənərək riskləri düzgün qiymətləndirmir. Halbuki yol hərəkəti elə bir mühitdir ki, burada hər an gözlənilməz vəziyyət yarana, qəfil təhlükə meydana çıxa bilər.
Sürücünün həddindən artıq özünə güvənməsi sürətin düzgün seçilməməsinə, təhlükəsiz ara məsafəsinin saxlanılmamasına, riskli manevrlərə səbəb olur. Bir anlıq yanlış qərar isə ağırlıq dərəcəsi yüksək olan qəza deməkdir!
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə səslənir: Təcrübə məsuliyyətin artması, xətaların azalmasıdır. Yolda özünüzə deyil, qaydalara güvənin!".

Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












