Tələsən sürücü yolayrıcında dəhşətli qəza törətdi - DYP görüntüləri yayıb XƏBƏRDARLIQ ETDİ - VİDEO

Ölkəmizdə baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri uzun müddətdir araşdırılan məsələlərdən biridir. Belə ki, həm yolların lazımı səviyyədə işıqlandırılmaması, həm də yol hərəkəti qaydalarına riayət etməmək bəzi hallarda sürücülərin, ya da piyadaların həyatını itirməsinə gətirib çıxarır. Gecikməmək, təyinat nöqtəsinə daha tez çatmaq və ya yol hərəkətində üstünlük qazanmaq məqsədilə qaydaların pozulması da çox vaxt ağır qəzalarla nəticələnir.
Avtosfer.az xəbər verir ki, yüksək sürət, qaydalara əməl etməmək və diqqətsiz davranış sürücülərin özləri ilə yanaşı digər yol iştirakçıları üçün də ciddi təhlükə yaradır. Aidiyyəti qurumlar isə sürücüləri daha məsuliyyətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev (BDYPİ) sosial şəbəkə hesabında görüntü paylaşaraq bu sözlərlə hərəkət iştirakçılarına çağırış edib.

Rövşən Tağıyev bildirib ki, tələskənlik sonda böyük risk, ağır nəticələrə gətirib çıxarır:
“Ölkəmizdə baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də sürücülərin tələskənliyidir. Sürət həddini aşmaq – nəqliyyatın idarəetməsini çətinləşdirir və qəza riskini artırır.
Qırmızı işıqda keçmək – həm sürücü, həm də piyadalar üçün təhlükəlidir.
Zolaqları düzgün seçməmək və yol hərəkətini pozmaq – digər sürücüləri gözlənilməz manevrlərlə çaşdırır və qəza ehtimalını yüksəldir.
Unutma ki, sənin tələskənliyin başqalarının sonu ola bilər!”
Eltac Zülfüqaroğlu
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












