"Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” - Rövşən Tağıyev

Dünən Sumqayıt şəhərində avtobusun vurması nəticəsində dörd yaşlı uşağın həyatını itirməsi hər birimizi dərindən sarsıdan ağır hadisədir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib.
Şöbə rəisi bildirib ki, dörd yaşlı uşağın həyatını itirməsi yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün son dərəcə ağır itkidir.
“Bir anda yarımçıq qalan uşaq ömrü və övlad itkisi ilə üzləşən ailənin yaşadığı bu ağır faciə hər birimizi yol hərəkətində məsuliyyətimiz barədə ciddi düşünməyə vadar etməlidir. Yollarda diqqətsizliyə, etinasızlığa və riskli davranışlara yol verilməməlidir. Çünki belə davranışlar bəzən günahsız insanların, o cümlədən uşaqların həyatını itirməsi ilə nəticələnir. Dörd yaşlı uşaq yolun yaratdığı təhlükəni tam dərk etmək, nəqliyyat vasitəsinin sürətini və ona olan məsafəni düzgün qiymətləndirmək imkanına malik deyil. Uşağın görə bilmədiyi təhlükəni böyüklər əvvəlcədən görməli, onun hesablaya bilmədiyi riski sürücü qabaqcadan hesablamalıdır.
Yaşayış məntəqələrində, xüsusilə uşaqların hərəkət edə biləcəyi küçələrdə, həyətlərdə, məktəbətrafı ərazilərdə, eləcə də digər oxşar yerlərdə sürücülər yalnız müəyyən edilmiş sürət həddini deyil, konkret yol şəraitini də nəzərə almalıdırlar. Uşaq qəfil yola çıxa, dayandığı yerdən geri dönə və ya yaxınlaşan nəqliyyat vasitəsini vaxtında fərq etməyə bilər. Buna görə də sürücü sürəti elə seçməlidir ki, gözlənilməz vəziyyət yarandıqda nəqliyyat vasitəsini təhlükəsiz şəkildə dayandıra bilsin.
Valideynlər və uşaqlara nəzarət edən digər şəxslər də azyaşlıların yolun hərəkət hissəsinə nəzarətsiz çıxmasına imkan verməməlidirlər. Yol kənarında bir anlıq diqqətsizlik belə qarşısıalınmaz ağır faciələrə səbəb ola bilər.
Bir uşağın həyatını itirməsi statistik göstərici və ya növbəti hadisə xəbəri deyil. Bu, bir ailənin həyatında heç zaman sağalmayacaq yara, cəmiyyət üçün isə son dərəcə ciddi xəbərdarlıqdır. Yolda bir neçə saniyə gecikmək mümkündür, lakin itirilmiş insan həyatını geri qaytarmaq mümkün deyil.
Sürücülərə müraciət edərək bildiririk ki, yolda uşaq gördükdə yalnız sürəti azaltmaqla kifayətlənməsinlər, təhlükənin tam aradan qalxdığına əmin olanadək son dərəcə diqqətli və ehtiyatlı davransınlar. Valideynlər isə yol kənarında azyaşlıları bir an belə nəzarətsiz qoymamalı, onların təhlükəsiz hərəkətini bilavasitə təmin etməlidirlər. Uşaqlar yol hərəkətinin təhlükələrini hər zaman düzgün qiymətləndirə bilmirlər. Onların həyat və sağlamlığının qorunması biz böyüklərin ortaq məsuliyyətidir”, - o qeyd edib.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












