“Uşaqlara yol hərəkəti qaydalarını təkcə izah etməklə kifayətlənməyin” – DYP-dən ÇAĞIRIŞ - FOTO

Uşaqların yollarda nəzarətsiz hərəkəti – bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, DYP mövzu ilə əlaqədar vətəndaşlara çağırış edib. Çağırışda deyilir:

“Hər bir valideyn bilməlidir ki, uşaqları yol hərəkəti qaydalarını mənimsəmədən və yolda təhlükəni dərk etmədən küçəyə tək buraxmaq onların həyatlarını riskə atmaq deməkdir.
Təhlükəsizlik yalnız yol nişanları ilə yox, həm də valideyn məsuliyyəti ilə təmin olunur.
Uşaqlara qaydaları sadəcə izah etməklə kifayətlənməyin – onlarla birgə yola çıxın, nümunə olun, təhlükəsiz davranış vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirin.
Unutmayın:
Təhlükəsizlik ailədən başlayır.
Valideynin səhlənkarlığı uşağın həyatı üçün bəzən geri dönüşü olmayan nəticələr doğura bilər.
İzah edin. Nümunə olun. Qoruyun!”
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












