Vəsiqəsi əlindən alınan sürücü bu dəfə sərxoş tutuldu - 99-XT-100 - FOTOLAR

Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə sükan arxasına əyləşən sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə iyunun 20-də gecə saat 03:00 radələrində baş verib. Yol polisi əməkdaşları Əziz Əliyev küçəsində 99-XT-100 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Ceyhun Ruslan oğlu Mustafayevi "Giriş qadağandır" nişanının tələbini pozduğu üçün saxlayıb.
Araşdırma zamanı məlum olub ki, Ceyhun Mustafayev nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edib və sükan arxasında spirtli içkinin təsiri altında olub. Yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücü Post-Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ceyhun Mustafayev 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, C.Mustafayevin sürücülük hüququ bir neçə ay əvvəl törətdiyi digər inzibati xəta ilə əlaqədar məhkəmə qərarı əsasında ləğv olunub. Buna baxmayaraq, o, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməyə davam edib.
Eltac
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
















